!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran prezidenti İsraili yenə hədələdi: "Cavabsız qalmayacaq"

!Reklam – Yazi

İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava zərbəsi cavabsız qalmayacaq. 

Yenicag.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

“Biz müqavimət cəbhəsinin güclənməsinin, həmçinin azad xalqların sionistlərin qeyri-qanuni təbiətinə qarşı ikrah və nifrətinin şahidi oluruq və bu qorxaq cinayət cavabsız qalmayacaq”, – deyə İran prezidenti xüsusilə qeyd edib.

Raisi hadisəni “terror cinayəti” adlandırıb.

“Sionist rejim mücahidlərin müqavimət hərəkatının iman və iradəsi qarşısında dəfələrlə uğursuzluq və məğlubiyyətlərə məruz qaldığı üçün özünü xilas etmək üçün kor-koranə terrordan istifadə edir. Amma o bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt öz məqsədlərinə çata bilməyəcək”, – deyə İran prezidenti bildirib.

Bir gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İranın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirməsi nəticəsində 7 nəfərin həlak olduğunu bildirib. Məlumata görə, hadisədə ölənlər arasında iki iranlı general – Məhəmməd Rza Zahidi və Məhəmməd Hadi Hac Rəhimi də var.

İsrail hakimiyyəti hələlik hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son aylarda İsrail Suriyadakı İran hədəflərinə dəfələrlə hava zərbələri endirib.

Yenicag.az

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv