!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran səfiri buna görə Almaniya XİN-ə çağırıldı

!Reklam – Yazi

İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatik qurum İran hakimiyyətinin Tehrandakı Alman dili mərkəzinə qarşı hərəkətlərini pisləyib və bununla bağlı bəyanat yayıb.

“Dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir. İnstitut dil öyrənməni təşviq etmək üçün böyük şəxsi təşəbbüsü olan insanların görüş yeridir”, – onlar qeyd ediblər.

Bununla əlaqədar Almaniya Xarici İşlər Nazirliyi İran səfirini çağırıb və İran hakimiyyətini mərkəzlərin işinin “dərhal bərpasına icazə verməyə” çağırıb.

Qeyd edək ki, 1995-ci ildə Tehranda Alman Dili İnstitutu yaradılıb və onun əsasında uşaqlar və böyüklər üçün dil kursları təşkil olunurdu./Qafqazinfo/

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv