Güney Azərbaycanın Əhər şəhərindən olan və “İran turizminin atası” adlandırılan Calal Nəsirian dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun uzun sürən xəstəlikdən həyatını itirdiyi bildirilib.
Xatırladaq ki, Calal Nəsirian İngiltərədə turizm və otel idarəçiliyi ixtisasını bitirib. O, İranın ilk turizm təhsil müəssisəsinin qurucusu sayılır. Nəsirian İran turizminin ilk hərtərəfli tədqiqi və təsviri mədəniyyətinin banisi və turizm sahəsində bir neçə əhəmiyyətli kitabın müəllifidir.
Kəleybərdə “Babək” oteli, Əhərdə turist mehmanxanasının tikintisi və bir çox digər turizm layihələri onun Azərbaycandakı fəaliyyətləri sırasındadır. Nəsirian bir çox kitablarından əldə edilən gəlirləri Azərbaycan əyalətlərində kimsəsiz uşaq evlərinə, məktəb və tibb ocaqlarının tikintisinə, Əhər, Vərziqan və Heris mahallarında zəlzələdən əziyyət çəkənlərə bağışlayıb.
www.yenicag.az