İran və İsrail arasında "informasiya savaşı": "Netanyahunun ölümü iddiası İranın oyunudur"

media-hightechnic-468x90

“Hazırda həm İsrail, həm də İran bir-birinə qarşı genişmiqyaslı informasiya savaşı aparır. Bu iddiaların nə dərəcədə həqiqi olduğunu bilmək üçün dəqiq məlumatların ortaya çıxmasını gözləmək lazımdır”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

media-elcin-xalidbeyli

O, İsrailin Baş naziri Binyamin Netanyahunun öldürüldüyü barədə yayılan iddiaları tərəflər arasında aparılan informasiya mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirib:

“Yaxın Şərqdə hazırda müasir döyüş texnikası ilə aparılan müharibəyə paralel olaraq, həm regional, həm də qlobal miqyasda informasiya savaşı gedir. Bu mübarizə tərəflərin bir-birinə qarşı iddiaları ilə daha mürəkkəb situasiya yaradır. Hər iki tərəf dövlət liderlərinin taleyi ilə bağlı cəmiyyətdə şübhə toxumu yaymağa çalışır. Bir müddət öncə ABŞ və İsrail mətbuatı İranın ali dini liderinin yaralanaraq gizli formada Rusiyaya aparıldığını iddia etmişdi. Hələlik nə rəsmi Tehran, nə də Rusiya rəsmiləri bu məlumatı təsdiq edib. Hazırda bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir”.

Politoloqun sözlərinə görə, İran da eyni metodla İsrailə qarşı psixoloji təzyiq göstərir:

“İran tərəfi Netanyahunun sağ olmadığına dair iddialar irəli sürür. Bu iddialar ilk dəfə ortaya atılanda İsrail Netanyahunun müraciətini yaymışdı. Lakin sonradan İran tərəfi həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığını iddia edərək yeni bir informasiya manipulyasiyasına yol açdı. Rəsmi təsdiq edilməyənə qədər hər iki tərəfin iddiaları reallıq kimi qəbul edilməməlidir”.

Elçin Xalidbəyli vurğulayıb ki, müharibə vəziyyətində olan dövlətlər cəmiyyətdəki ruh düşkünlüyünün qarşısını almaq üçün ehtiyatlı davranırlar:

“Əgər bu məlumatlar doğrudursa belə, hər bir dövlətin müharibə şəraitində davranış qaydaları mövcuddur. Böyük ehtimalla hər iki tərəf öz ölkəsinin maraqlarını və əhalinin reaksiyasını nəzərə alaraq addım atır. Ümumi qənaətim budur ki, həm İsrail və ABŞ, həm də İran bir-birinə qarşı informasiya müharibəsini daha da dərinləşdirir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05