!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İran və Rusiyadakı hərəkətlənmənin regiona TƏSİRİ: Xalqların müstəqilliyi ssenarisi - RƏY

!Reklam – Yazi

“Rusiyadakı hadisələr nəzarət altına alınmasa, özbaşına buraxılsa, idarə edilməyən prosesə çevrilə bilər. İdarə edilməyən proses zərərli nəticələrini yaxın və uzaq qonşulara göstərə bilər”.

Bu fikirləri  İran və Rusiyada baş verən hadisələrin regiona təsiri haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, İrandakı molla rejimi dəyişməlidir:

“Heç kim istəməz ki, qonşularında yanğın, fəlakət olsun. Qonşularımzdan birində yanğına bənzər vəziyyət var, digərində isə fəlakətli.

Rusiya böyük ölkədir. Rusiyadakı proseslər nəinki bizim regiona, hətta bütün dünyaya təsir edə bilər. Bu nöqteyi-nəzərdən Rusiyadakı hadisələr nəzarət altına alınmasa, özbaşına buraxılsa, idarə edilməyən prosesə çevrilə bilər. İdarə edilməyən proses zərərli nəticələrini yaxın və uzaq qonşulara göstərə bilər.

Bəziləri deyir ki, Rusiya Ukraynada məğlub olsa, bu, Putin dövrünün başa çatmasına və ölkənin dağılmasına gətirib çıxara bilər. Bu, real görünən əlamətlərdir. Rusiyada azsaylı xalqlar, həqiqətən də, müstəqilliyə can atır. Rusiya birdən-birə bu proseslərin içərisinə getsə, bu xaos idarə edilməyən olar və dünya bundan çox zərər görər.

Şimali Qafqaz balaca bir bölgədir və orada 34-dən artıq xalq var. Onların hamısı müstəqillik istəsə, bölgə cəhənnəmə çevrilər. Rusiya həddindən artıq böyükdür. Belə bir ölkədə demokratikləşdirmə siyasəti aparmaq çox çətindir. Eyni zamanda, müstəqilliklər paradı başlasa, proses çox çətin keçər.

İran müasir dünyanın dialektikasına uyğun gəlməyən teokratik bir ölkədir. iranda rejim dəyişikliyi çox vacibdir. Rusiyada da rejim dəyişikliyi baş verəcək, ancaq İranda rejim dəyişikliyi ən vacibdir. Mollakratiyanı vurub tarixin səhnəsindən çıxarmaq gündəmdə duran əsas məsələdir. İslam pərdəsi altında islamın ən radikal formasını tətbiq etməklə millət və xalqları zülm altında saxlayırlar. Əgər bu dəfə də teokratik rejim yıxılmasa, onda İrandakı xalqların taleyi daha ağır ola bilər. İrandakı rejim laxlayıb, onun yıxılmasına elə də çox qalmayıb”.

Səxavət Məmməd

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv