!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yenə dünyaya meydan oxudu

!Reklam – Yazi

96778Heç bir qətnamə İranı hərbi gücünü artırmaqdan çəkindirə bilməz. Yenicag.az xəbər verir ki, İranın müdafiə naziri general Huseyn Dehqan belə bir bəyanatla çıxış edib. Nazir qeyd edib ki, hazırda İran ordusunun müxtəlifmənzilli raketləri var. Və bu cür raketlərin istehsalı davam etdirilir.

“İstehsal olunan raketlər ölkəmizin üzləşə biləcəyi istənilən təhlükə mənbəyini məhv edə bilər. Biz hərbi ehtiyaclarımıza uyğun olaraq istehsalı davam etdirəcəyik”.

BMT-nin 20 iyul tarixli 2231 saylı qətnaməsinə edilən əlavədə qeyd olunur ki, İranın ballistik raket proqramına malik olması qadağandır.

Nazirin çıxışı Böyük Britaniya hökuməti əleyhinə etiraz fonunda baş tutub. Fəallar Böyük Britaniyaya ölüm şüarları səsləndiriblər.

Bir müddət əvvəl İranın xarici işlər nazirliyi paytaxt Tehranda 4 il sonra yenidən Böyük Britaniya səfirliyinin açılacağını təsdiqləmişdi.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv