“İrana getmək tibbdən çox turizm xarakteri daşıyır”-Musa Quliyev

media-hightechnic-468x90

mujjyy77“Əhalinin bir hissəsinin xaricə müalicə dalınca getməsi bizi qorxutmamalıdır”

“Azərbaycan vətəndaşlarının xarici ölkələrdə müalicəyə getmələrində pis bir şey yoxdur”. Bu sözləri Yenicag.az-a açıqlamasında millət vəkili Musa Quliyev bildirdi: “Dünyanın hər yerində sağlıq turizmi deyilən bir turizm növü var. ABŞ qədər dünyada səhiyyəyə çox saylı pul ayıran ikinci bir dövlət yoxdur. Bu ölkədə ildə adambaşına həmin istiqamət üzrə 15 min dollar vəsait ayrılır. Avropa Birliyində bu rəqəm 1500 avrodur. Azərbaycanda isə 120 dollar civarındadır. Amma buna baxmayaraq, hər il ABŞ-dan 1 milyona qədər insan Sinqapur, Malaziya, Tailand kimi ölkələrə müalicə üçün gedir. ABŞ-a baxanda Sinqapurda müalicə xeyli ucuz başa gəldiyindən bu yolu seçirlər. Dünyanın hər  yerində bu proseslər gedir və ona tam olaraq normal yanaşmaq lazımdır. Azərbaycandan ildə məsələn, 50 min insan Türkiyə, İran, Almaniya və Rusiyaya gedərək müalicə ala bilər. Amma ölkə əhalisinin yerdə qalanı burada müalicə alır. Ona görə də, əhalinin bir hissəsinin xaricə müalicə dalınca getməsi bizi qorxutmalı deyil. Sadəcə, o işi elə qurmalıyıq ki, İran, Türkiyə, Rusiyaya  gedən vətəndaşlarımız orada müdafiəsiz qalmasın, onlara hüquqi, sosial, səhiyyə maarifi baxımından müəyyən yardımlar göstərilsin. Ötən il Milli Məclisdə çıxışımda təklif etmişdim ki, səhiyyə və ya turizm nazirliyi  nəzdində sağlıq turizmi şöbəsi yaradılsın. İranla bağlı həkim olaraq narahatçılığım ondan ibarətdir ki, bir sıra hallarda məqsədyönlü şəkildə, biznes maraqlarına uyğun olaraq İranda həkimlərin daha peşəkar, dərmanların isə ucuz olduğu haqda təbliğat aparırlar. Tendensiyaya bu amilin də təsiri var. Amma nəzərə almaq lazımdır ki, xroniki xəstəliklər, cərrahi əməliyyatlar öz ölkəmizdə keçirilsə yaxşıdır ki, sonradan həmin həkimin müşahidəsi altında qalsınlar. Vətəndaşlarımızın müalicə üçün xaricə üz tutmasının digər səbəbi isə ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməməsidir. Bu baş verərsə, xaricə gedənlərin çoxu ondan vaz keçərək, müalicə üçün daha yerli müəssisələri seçəcəklər.  Heç şübhəsiz Azərbaycanda tibb xərcləri İrandan baha olduğundan müəyyən kateqoriyalı insanlar ora getməyə üstünlük verir. Amma ümumi hesabda götürəndə, İrana getmək, orada qalmaq, geri qayıtmaq tibbdən çox turizm xarakteri daşıyır. Müalicə effektinə qalanda Azərbaycanda olan müalicənin İranda olan müalicədən heç də geri qalmadığını söyləmək olar”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600