!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda daha 2 434 nəfər koronavirusa yoluxdu - 212 nəfər öldü

!Reklam – Yazi

İranda ötәn sutka әrzindә daha 2 434 nәfәr koronavirusa (COVID19) yoluxub.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda yoluxanların sayı 293 606 nəfərə yüksəlib. Onlardan 3 819 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә 212 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 15 912 nəfərə çatıb.

Nazirlik rәsmisi indiyәdәk 255 144 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, ötən günlərdə olduğu kimi Mazandaran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Əlborz, Xuzistan, Lorestan, Gülüstan, Kirman, Zəncan və İlam vilayətləri qırmızı zonalardır.

İranda indiyәdәk 2,35 milyondan çox diaqnoz testi hәyata keçirilib.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv