İranda edam olunanların sayı AÇIQLANDI
“Bu il yanvarın 11-dən iyulun 9-dək İranda 251 nəfər edam olunub”.
Yenicag.az xəbər verir ki, məlumatı “Amnesty International” və Abdullah Rəhman Brumand Fondu yayıb.
Bildirilib ki, ölüm hökmlərinin icrası belə davam edərsə, bu, 2021-ci ilin 314 edam göstəricisini ötəcək.
Məlumata görə, bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Beynəlxalq qanunlara əsasən, bu cinayəti törədənlər edam olunmurlar.
Bildirilib ki, 2021-ci illə müqayisədə dünyada edamların sayı artıb. Bunun səbəblərindən biri İranda ölüm hökmlərinin icrası göstərilib.
BMT-nin Baş katibi Antoni Qutteriş bu ilin əvvəlindən bəri İranda edamların artmasından narahat olduğunu vurğulayıb.