Sahibə Qafarova Bəhreynə getdi - FOTO

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05