Zelenski: "Ukraynanın energetika sektoru Rusiya hücumlarının əsas hədəfinə çevrilib"
Ukraynada energetika, kritik infrastruktur və yaşayış evləri Rusiya hücumlarının əsas hədəflərinə çevrilib.
Yenicag.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski öz “Telegram” kanalında yazıb.
“Yalnız bu həftə ərzində Rusiya Ukrayna ərazisinə 1700-dən çox dron zərbəsi endirib, 1380-dən çox idarə olunan aviasiya bombası və 69 müxtəlif tipli raket atıb. Rusiyanın hər kütləvi hücumu dağıdıcı ola bilər”, – deyə o qeyd edib.
Bununla əlaqədar Ukrayna lideri yenidən hava hücumundan müdafiə sistemləri üçün raketlərin sayının artırılmasının vacibliyini vurğulayıb:
“Biz Amerika və Avropa ilə işləməyə davam edirik ki, səmanın müdafiəsi daha güclü olsun”.
Qeyd edək ki, bu gün Zelenski Vilnüsə səfər edib. Onun Litva Prezidenti Gitanas Nauseda ilə görüşü artıq başlayıb.
“Bu gün fəaliyyətimizi Vilnüsdə regiondakı tərəfdaşlarımız – Litva və Polşa ilə koordinasiya edirik. Hər bir liderlə işləyirik ki, Ukrayna güclənsin. Hamı Rusiyadan gələn təhlükəni aydın şəkildə dərk etməlidir və məhz bunu bizim xalqlarımız ən yaxşı anlayır. Bizə möhkəm dayanmaqda kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski yekunlaşdırıb./Report/












