Samuxda mikroavtobus aşdı: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa