Paşinyan Mişustinə zəng etdi
Rusiya Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub”, – deyə bəyanatda bildirilir.
Hökumət başçıları Rusiya-Ermənistan ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.













