İranda etirazçılara atəş açmayan hərbçi edam ediləcək
İran məhkməsi İsfahan şəhərində keçirilən aksiyalarda etirazçılara atəş açmaq əmrinə tabe olmadığına görə Cavid Xalis adlı əsgəri edama məhkum edib.
Yenicag.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı bildirib.
Məlumata görə, atəş açmaq əmrindən imtina edən hərbçi həbs edilərək təhlükəsizlik təcridxanasına köçürülüb və qısa müddət ərzində barəsində ölüm hökmü çıxarılıb.
Ona qarşı konkret hansı ittihamın irəli sürüldüyü barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.












