!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranda qeyri-rəsmi dairələr bu hücumda Azərbaycanın iştirakını iddia etməklə...” – RƏY

!Reklam – Yazi

“Dron hücumu da göstərdi ki, İranın hərbi sənaye kompleksinin inkişafına dair deyilənlər nağıldır”.

Bu fikirləri İranın hərbi obyektlərinə qarşı təşkil olunun hücumun ölkədə ictimai ovqata təsirini dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran rejimi ani hücumlar qarşısında nə qədər çarəsiz olduğunu göstərdi:

“Dron hücumu göstərdi ki, İranın hərbi sənaye kompleksinin inkişafına dair deyilənlər nağıldır. Özlərini bu qədər tərifləyirdilər, uzaqmənzilli raketlər istehsal etdiklərini, hava sərhəddindən quş da uça bilməyəcəyini deyirdilər, amma reallıq vəziyyətin tam fərqli olduğunu təsdiqlədi. İran rejimi ani hücumlar qarşısında nə qədər çarəsiz olduğunu əyani nümayiş etdirdi.

Rejim bu hücumla bağlı xalqa doğru-düzgün informasiya da verə bilmir. Sadəcə, bir ağızdan bəyan edirlər ki, istənilən düşmənə guya tutarlı cavab verə bilərlər. Amma belə bir hücuma necə imkan verildiyi haqda susurlar. Hətta İranda bəzi qeyri-rəsmi dairələr bu hücumda Azərbaycanın iştirakını iddia etməklə, diqqəti yayındırmağa da çalışırlar. Bütün hallarda bu hücum onsuz da nüfuzu qalmayan İran rejiminə çox ağır zərbə oldu.

Güney Azərbaycanda isə səfirliyə edilən hücum birmənalı pislənilir, onun təşkilatçıları, icraçıları lənətlənir. Azərbaycan konsulluğunun guya güvənlik bəhanəsi ilə mühasirəyə alınmasına baxmayaraq, təbrizlilər yenə oraya gəlirlər, şəhid olmuş əməkdaşın ruhuna ehtiramlarını bildirir, əraziyə güllər düzürlər”.

A.Zeynalov

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv