İranda son sutka ərzində 187 nəfər koronavirusdan öldü

media-hightechnic-468x90

İranda son sutka ərzində 187 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 26567 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3552 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 464596 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 385264 nəfər koronavirusdan sağalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600