İranda vilayətlər üzrə koronavirusa yoluxan və qurbanların SAYI - CƏDVƏL
İranda ötən sutka ərzində 881 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur açıqlama verib.
Sözçü bildirib ki, ötən sutka ərzində yeni tip koronavirusa (COVİD-19) yoluxan 54 nəfər öldükdən sonra ümumilikdə həyatını itirənlərin sayı 291-ə çatıb.
Ümumilikdə koronavirusa yoluxanların sayı isə 8,042-ə çatıb. Nazirlik rәsmisi 2 731 nәfәrin sağaldığını deyib.
Qeyd edək ki, İran yoluxma və ölüm hallarının sayına görə koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısında 4-cü yerdədir.
| Sıra | Vilayət adı | Yoluxma halı (nəfər) |
| 1 | Tehran | 2 114 |
| 2 | Qum | 751 |
| 3 | Gilan | 524 |
| 4 | İsfahan | 618 |
| 5 | Əlborz | 339 |
| 6 | Mazandaran | 886 |
| 7 | Mərkəzi | 416 |
| 8 | Qəzvin | 257 |
| 9 | Simnan | 221 |
| 10 | Gülüstan | 179 |
| 11 | Rəzəvi Xorasanı | 222 |
| 12 | Fars | 151 |
| 13 | Lorestan | 176 |
| 14 | Şərqi Azərbaycan | 146 |
| 15 | Xuzistan | 110 |
| 16 | Yəzd | 127 |
| 17 | Zəncan | 79 |
| 18 | Kürdüstan | 78 |
| 19 | Ərdəbil | 91 |
| 20 | Kirmanşah | 51 |
| 21 | Kirman | 40 |
| 22 | Həmədan | 77 |
| 23 | Sistan və Bəluçestan | 40 |
| 24 | Hörmüzqan | 69 |
| 25 | Cənubi Xorasan | 51 |
| 26 | Şimali Xorasan | 34 |
| 27 | Çahar-Mahal və Bəxtiyari | 37 |
| 28 | İlam | 56 |
| 29 | Qərbi Azərbaycan | 73 |
| 30 | Kohgiluyə və Buyir- Əhməd | 11 |
| 31 | Buşehr | 18 |












