İranda yaşayan azərbaycanlılara şad xəbər

media-hightechnic-468x90

TV´s panelİranda Azərbaycan dili məsələsi həmişə aktual olub.

Bu məsələni bu gün daha da aktual edən İranın Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin Azərbaycana özü ilə birlikdə gətirdiyi xəbər oldu.

Söhbət İranda 24 saat ərzində Azərbaycan dilində yayımlanacaq televiziya kanalından gedir ki, bunu İran-Azərbaycan münasibətlərinin inkişafında müsbətə doğru atılan addımlardan biri hesab etmək olar. Yeni kanalda ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq. O cümlədən İran tərəfi “Azərspace-1” peykinin imkanlarından da yararlanaraq bu peykdən alınan 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsənin yayımlanmasını gerçəkləşdirmək niyyətindədir. Etiraf etməliyik ki, bu məsələdə İranın yeni prezidenti Həsən Ruhaninin rolu böyükdür. Bundan əvvəlki prezidentlərin dövründə də dilin inkişafına xidmət edən məsələlərin müzakirəsi gündəmə gəlmiş, amma bir nəticəsi olmamışdı. Hərçənd, dilçilərimiz hesab edir ki, İranda Azərbaycan dilini inkişaf etdirmək üçün mütləq müəyyən işlər görülməlidir. Əks halda, dil ölməsə də, dilin leksik tərkibinin dəyişməsi qaçılmazdır.

İranın Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərqami isə düşünür ki, ölkəsində yeni televiziyanın açılması Azərbaycan dilinin inkişafına və iki ölkə arasında mədəni əlaqələrin güclənməsinə səbəb olacaq.

Xatırladaq ki, səfər çərçivəsində birgə yayım komissiyasının yaranması haqda razılıq da əldə olunub. İnşallah xeyrini görərik. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600