!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“İrandakı mürtəce rejim, ola bilər ki, indiki geyim qaydalarını bir az da sərtələşdirsin” - REAKSİYA

!Reklam – Yazi

“Amerikanın bu təxribata əl atmaqda məqsədi İranın beynəlxalq embarqoları neytrallaşdırmaq cəhdlərinin qarşısını almaqdır”.

Bu fikirləri İranda davam edən kütləvi etirazların səbəbi və hadisələrin mümkün inkişafı haqda danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, İranda baş verən hadisələrin geyim qaydaları ilə əlaqələndirilməsi doğru deyil:

“Aydın məsələdir ki, İranda baş verənlər Amerikanın təxribatıdır. Bir dəstə gənci veriblər irəli və nəticədə bu qədər gərginlik yaranıb.

Amerikanın bu təxribata əl atmaqda məqsədi İranın beynəlxalq embarqoları neytrallaşdırmaq cəhdlərinin qarşısını almaqdır.

Ona görə də mən belə düşünürəm ki, İranda baş verən hadisələrin geyim qaydaları ilə əlaqələndirilməsi doğru olmazdı. Müşahidə edilir ki, son dövrlərdə İranda geyim qaydaları xeyli yüngülləşdirilib.

Fikrimcə, İran hakimiyyəti bu etirazların daha da genişlənməsinə imkan verməyəcək, onun qarşısını alacaq.

Geyim və davranış qaydalarının daha da yüngülləşdirilməsi, sərbəstliyin indiki ilə müqayisədə artırılması gözlənilmir. Əksinə, ola bilər ki, mürtəce rejim bu qaydaları bir az da sərtələşdirsin”.

A.Zeynalov

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv