Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.
Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.
“Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir”, – o vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.
XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.
www.yenicag.az