İranı Turana gətirən lider: İlham Əliyevin türk dünyası strategiyası “Şahnamə”ni yenidən yazdırır – Aqil Ələsgər
Türkiyədə bir seçki kampaniyasında belə bir şüar vardı:
“Xəyaldı, gerçək oldu”!
Bəli, bir zamanlar bir ideya, xəyal, olsa-olsa ümid idi.

Adı Turan idi.
Türkün qızıl almasıydı.
Bu ideyanı kitabların səhifələrinə yazanlar vardı.
Bu ideyanı qəlbinin ən dərin yerində daşıyanlar vardı.
Bu ideyanı gələcək nəsillərə miras qoyanlar vardı.
Onların adları tarixə qızıl hərflərlə yazıldı.
Ziya Göyalp yazdı Turanı.
Əli bəy Hüseynzadə Turanın ideoloji xəritəsini cızdı.
Əhməd bəy Ağaoğlu türk birliyinin siyasi fəlsəfəsini formalaşdırdı.
Ənvər Paşa isə Turanı uğrunda can veriləcək amal səviyyəsinə qaldırdı.
Onlar Turanı bir gün qurulacaq böyük ailə kimi təsəvvür etdilər.
Bir gün bütün türk ellərinin bir-birinə dayaq olacağı güc mərkəzi kimi gördülər.
Bu ideya heç vaxt ölmədi.
Bu ideya heç vaxt unudulmadı.
Azərbaycan bu ideyanın daşıyıcısı oldu.
Azərbaycan bu ideyanın qoruyucusu oldu.
Azərbaycan bu ideyanın lokomotivi oldu.
Tarixə baxsaq, bunu açıq görərik.
Azərbaycanın bütün prezidentləri türk dünyasına xüsusi önəm veriblər.
Bu, təsadüf deyil, strateji seçim olub.
Əbülfəz Elçibəy türk birliyini dövlət ideologiyası səviyyəsinə qaldırdı.
Ulu öndər Heydər Əliyev türk dünyasını Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.
Və bu gün həmin siyasət daha güclü şəkildə davam etdirilir.
Bu gün Turan artıq romantik bir şüar deyil.
Bu gün Turan sistemli şəkildə qurulan siyasi reallıqdır.
Bu reallığın mərkəzində isə Azərbaycan dayanır.
Bu reallığın önündə isə İlham Əliyev dayanır.
Xüsusilə Qarabağ zəfərindən sonra baş verən hadisələr bunu açıq göstərir.
Bütün görüşlər bir xəttin davamıdır.
Bir strategiyanın hissəsidir.
Bir məqsədin mərhələləridir.
Bu məqsəd türk dünyasının birliyidir.
Bu prosesin lokomotivi isə yenə Azərbaycandır.
Onun lideri isə İlham Əliyevdir.
Bəzən bu birliyi pozmaq istəyənlər də oldu.
Bəzən bu ailənin arasına nifaq salmaq istəyən qüvvələr də ortaya çıxdı.
Türk dünyasının birlik xəttini zəiflətmək istəyənlər oldu.
Amma həmin məqamda bu təzyiqlərin qarşısında dayanan bir lider vardı: İlham Əliyev.
O, açıq və qəti mövqe ortaya qoydu.
O, heç bir təzyiq qarşısında geri çəkilmədi.
O, türk dünyasının maraqlarını müdafiə etdi.
“Bizim bir ailəmiz var: Türk dünyası” deyərək, qırmızı xətti çəkdi.
Məhz buna görə onun dediyi bu cümlə sadəcə söz deyil.
Bu cümlə siyasətin mahiyyətidir.
Bu cümlə strateji baxışın ifadəsidir.
Bu cümlə gələcəyin yol xəritəsidir.
Bu gün Azərbaycan Qazaxıstanla münasibətlərini gücləndirir.
Qırğızıstanla əməkdaşlığını dərinləşdirir.
Özbəkistanla strateji tərəfdaşlıq qurur.
Türkmənistanla əlaqələri yeni mərhələyə çıxarır.
Türkiyə ilə ən yüksək strateji əməkdaşlıq edir.
Bu, sadəcə diplomatik münasibətlər deyil.
Bu, vahid ailənin qurulması prosesidir.
Tarix boyu Turanın qarşısında duran əsas güclərdən biri İran olub.
Bu, qədim mənbələrdə də görünür.
Firdovsinin “Şahnamə”si belə İran-Turan savaşından bəhs edir.
Nizaminin yaradıcılığında belə bu xətt açıq şəkildə hiss olunub.
Alp Ər Tonqanın İranla mübarizəsi dastanlara düşüb.
Amma bu gün İlham Əliyevin liderliyində yeni bir mərhələ başlayıb.
Bu gün qarşıdurma deyil, əməkdaşlıq dövrüdür.
Bu gün mübarizə deyil, ittifaq qurmaq dövrüdür.
İlham Əliyevin İran prezidenti Məsud Pezeşkian ilə münasibətləri də məhz bu strategiyanın tərkib hissəsidir.
Bu münasibətlər təsadüfi deyil.
Bu münasibətlər diplomatik jest deyil.
Bu münasibətlər regional siyasətin dərin hesablanmış addımıdır.
Pezeşkianın özünü Azərbaycan türkü kimi təqdim etməsi də yeni imkanlar yaradır.
Yeni körpülər qurur.
Yeni siyasi xətt formalaşdırır.
Bu xətt İranı da regiondakı əməkdaşlıq sisteminə cəlb etmək məqsədi daşıyır.
Bu xətt qarşıdurmanı yox, inteqrasiyanı hədəfləyir.
Bu, böyük siyasətdir.
Bu, geniş strateji baxışdır.
Bu, uzaqgörən liderliyin nəticəsidir.
Bu gün artıq bir həqiqət aydın görünür.
Ziya Göyalpın xəyal etdiyi Turan qurulur.
Əli bəy Hüseynzadənin ideoloji əsasını qoyduğu Turan formalaşır.
Əhməd bəy Ağaoğlunun siyasi baxışlarında təsvir etdiyi birlik reallığa çevrilir.
Ənvər Paşanın uğrunda mübarizə apardığı amal yeni mərhələyə daxil olur.
Və bu tarixi prosesin mərkəzində bir dövlət dayanır:
Azərbaycan.
Bu tarixi prosesin önündə isə bir lider dayanır:
İlham Əliyev.
Aqil Ələsgər













