İranın ali lideri komadadır, yoxsa yaralı? – "Kamera qarşısına çıxsın!"

media-hightechnic-468x90

“İranın ali dini lideri ayağından yaralanıbsa, kamera qarşısına çıxsın!”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Şərhçi İran rəsmilərinin ali dini lider Müctəba Xamneyinin ciddi xəsarət almadığı, yalnız ayağından yaralanması haqqında yaydığı bəyanatı sərt tənqid edərək lideri kamera qarşısına dəvət edib:

“Qərb mətbuatında Müctəba Xamneyinin müharibənin ilk günündə yaralandığı yazılır. Aldığı xəsarətin kifayət qədər ciddi olduğu, bəzi mənbələrdə isə koma vəziyyətində olduğu iddia edilir. Bu iddiaların qarşısının alınması, iddiaların yanlış olduğunu sübut etmək üçün dünyada sınaqdan keçmiş bir üsul var. Səhhəti haqqında ciddi materialların yazılmasından sonra, adətən, haqqında yazılan dövlət adamları kameranın qarşısına çıxır və bunun yalan olduğunu sübut edirlər. Xamneyinin yaralandığı 28 fevraldan xeyli vaxt keçməsinə baxmayaraq, İranın ali dini lideri bir dəfə də olsun kamera qarşısına çıxmayıb, hətta öz səsi ilə xalqa müraciət etməyib. Onun müraciətini diktorlar oxuyurlar. Əgər ayağından yaralanıbsa, bu o deməkdir ki, ümumiyyətlə heç yaralanmayıb. Ayağından yaralanan insanın xalqa müraciət etməsi çox asandır; dövlət liderləri nadir hallarda ayaq üstündə açıqlama verirlər. Belə olan halda ayağından yaralanması qəti hiss olunmur. Güman edirəm ki, İran rəsmilərinin yaydığı iddialar həqiqətdən uzaqdır. Müctəba Xamneyi kifayət qədər ciddi xəsarət alıb, müalicə olunur və ümid edək ki, müalicə uğurla nəticələnəcək və nəhayət biz onun kamera qarşısında danışmasının şahidi olacağıq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05