İranın Baş Qərargah rəisi: "Düşmənlərin istənilən hərəkətinə hazırıq"
Düşmənlərin istənilən hərəkətinə hazırıq, həmçinin, 12 günlük müharibədən sonra müxtəlif müharibə siyasəti və düşmənlərə sarsıdıcı cavab siyasəti qəbul etməklə hərbi doktrinamızı müdafiədən hücuma dəyişdirdik.
Yenicag.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi bildirib.
“İran bütün texniki aspektlərdə ballistik raketləri təkmilləşdirməklə özünün çəkindirmə gücünü gücləndirə bilib”, – o qeyd edib./Apa/












