İranın görünməyən lideri və görünən təhlükə: SEPAH prezidenti dezinformasiya mühasirəsinə alıb

media-hightechnic-468x90

“SEPAH Pezeşkiyana qarşı müxtəlif bölgələrdə etiraz aksiyaları təşkil edə bilər”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq İran Prezidenti Məsud Pezeşkiyanın yeni Ali Rəhbərlə görüşməsi barədə yayılan iddiaları, eləcə də SEPAH-a bağlı media orqanlarının prezidenti “cəmiyyəti aldatmaqda” ittiham etməsini şərh edib. O qeyd edib ki, sözügedən qurum prezidentə qarşı sistemli şəkildə güvənsizlik mühiti yaratmağa çalışır:

“SEPAH müharibədən sonra bütün hakimiyyət rıçaqlarını öz əlində toplamağa nail olub. Nəzərə almaq lazımdır ki, hazırda bu qurumun nəzarətində nəhəng media və maliyyə resursları var. İranda prezidentin səlahiyyətlərinin məhdud olması onu bu böyük güc qarşısında çətin vəziyyətdə qoyur. Hesab edirəm ki, Pezeşkiyanla münasibətlərin gərginləşməsi SEPAH üçün böyük itki sayılmaz, lakin prezidentin ciddi dezinformasiya hücumlarına məruz qalma ehtimalı olduqca yüksəkdir.

Hər bir halda, sistemi qoruyub saxlamaq üçün müəyyən tarazlıq yaradılmalıdır. Faktiki olaraq, adı sənədlərdə qeyd olunan, lakin özü ortalıqda görünməyən yeni Ali Dini Rəhbər Müctəba Xamneyidən də xəbər yoxdur. Qeyd edim ki, yeni lider də birbaşa SEPAH-dan asılıdır. Əgər SEPAH öz istəklərini reallaşdıra bilməsə, İranın müxtəlif bölgələrində Pezeşkiyana qarşı etiraz aksiyaları təşkil edə bilər. Bu isə İranın daxildən ciddi zərbə alması ilə nəticələnər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05