İranın Kosmik Araşdırmalar İnstitutunda yanğın: üç nəfər həlak oldu

media-hightechnic-468x90

İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə açıqlama verən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri yanğının təsadüfən baş vermədiyini nəzərə çatdırıb. O bildirib ki, bu institutun fəaliyyəti ABŞ və bəzi region dövlətlərini narahat edirdi. Onlar İranın kosmik tədqiqatlar aparmasının əleyhinə çıxaraq müxtəlif təhdidlər səsləndirirdilər. Odur ki, yanğın təsadüfi xarakter daşımır.

Nazir deyib ki, araşdırma aparılsa da, hələlik yanğının səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, təhqiqatlar davam etdirilir.

Xatırladaq ki, bu institut İranın raket proqramında aparıcı rola malikdir./AZƏRTAC/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600