İranın nüvə inadı və Putinin SİYASI ŞOUSU: "Bu zənglər heç bir nəticə verməyəcək"

media-hightechnic-468x90

“Əslinə qalsa, bu telefon danışığı tamamilə əhəmiyyətsizdir, heç bir nəticə də verə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib-s

O, Rusiya prezidenti Vladimir Putinin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra iranlı həmkarı Məsud Pezeşkianla danışmasının pərdəarxası məqamları barədə fikirlərini səsləndirib.

media-putin-ve-netanyahu-arasinda-iran-gorusmesi-arabuluculuk-teklif-etti-1763813_20260116124904

Politoloq bildirib ki, İran, ABŞ və Avropa ilə apardığı danışıqlarda təklif olunan şərtləri qəbul eləmədi; uranı ölkə daxilində zənginləşdirəcəyini dedi:

“Bu da təbii ki, ABŞ və İsraili ciddi şəkildə narahat eləyir. Danışıqların baş tutmamasından sonra İrana zərbə planlaşdırılmağa başlandı. İranda başlayan etiraz hərəkatı isə ABŞ-ni bir az da fəallaşdırdı. Tramp açıq şəkildə bəyan elədi ki, etirazçılara qarşı zorakılıq tətbiq olunsa, İrana zərbə endiriləcək.

Hələlik bu plan təxirə salınıb. Görünür, ABŞ-yə hazırlaşmaq üçün vaxt lazımdır. Eyni zamanda təyyarələri və digər hərbi texnikanı uzaqlaşdırmağa ehtiyac var. Qısacası, ABŞ bu işlə ciddi şəkildə məşğuldur.

İndiki məqamda Putinin Netanyahu və İran rəsmiləri ilə telefon danışığı aparması nüvə proqramı və etiraz hərəkatına qarşı zorakılığın qarşısının alınması barədədir. Əslinə qalsa, bu telefon danışığı tamamilə əhəmiyyətsizdir, heç bir nəticə də verə bilməz. Nə İran zorakılıqdan və nüvə proqramından, nə də ABŞ və İsrail ona zərbə vurmaq planından imtina etməyəcəklər.

Sadəcə olaraq Putin Rusiyanın təcrid olunmadığını, həm İranla həm də İsraillə danışmaq imkanı olan çox az dövlətlərdən biri olduğunu qabartmağa cəhd göstərib. Buna da nail olub”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa