İranın nüvə proqramı və "ÇİN ÇƏTİRİ": Trampın strateji Pekin gedişi nə vəd edir?

media-hightechnic-468x90

“ABŞ-İran münaqişəsinin gələcək taleyi Trampın Pekin görüşündən sonra məlum olacaq”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Politoloq ABŞ və İran münaqişəsində gərginliyin ikinci mərhələsinin başlana biləcəyini qeyd edib:

“Artıq İran-ABŞ danışıqları dalana dirənib. ABŞ birmənalı olaraq rəsmi Tehrandan nüvə proqramını dayandırmağı və zənginləşdirilmiş uranı ölkədən çıxarmağı tələb edir. İran isə hələlik uranı təhvil verməkdə maraqlı görünmür və proqramın müvəqqəti dayandırılması ilə bağlı müxtəlif bəyanatlar verməklə kifayətlənir. Hazırda tərəflər üçün əsas qırmızı xətt məhz İranın nüvə proqramıdır. Bununla bağlı müzakirələr aparılsa da, hələ ki konkret nəticə yoxdur. Dünən Donald Tramp jurnalistlərin “münaqişə yenidən başlaya bilərmi?” sualına “bu məsələ hələlik gündəmdə deyil” cavabını versə də, hesab edirəm ki, razılıq əldə olunmasa, İran yenidən hərbi təzyiqlərlə üzləşəcək. Tramp özü də dəfələrlə bəyan edib ki, danışıqlar uğursuz olarsa, İrana zərbələrin endirilməsi davam edəcək”.

E. Həsənov İran aviasiyasının məhv edilməsi ilə bağlı yayılan xəbərlərə də toxunub:

“ABŞ kəşfiyyatının son məlumatlarına görə, İran aviasiyasının böyük hissəsi hələ də sıradan çıxmayıb onlar hərbi təyyarələrini qoruyub saxlamağı bacarıblar. İran rəsmiləri də öz növbəsində ABŞ və İsraillə müharibəyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Bir sözlə, diplomatik razılaşma olmasa, genişmiqyaslı hərbi əməliyyatların bərpası qaçılmaz ola bilər.

Trampın mayın 16-da Pekində mühüm görüşü planlaşdırılır. Hesab edirəm ki, həmin tarixə qədər aktiv hərbi fazaya keçid olmayacaq. Çünki Çin İranı bu və ya digər formada dəstəkləyir. Böyük ehtimalla Tramp Pekin görüşündə Çin rəhbərliyindən İranın nüvə proqramını dayandırması üçün təsir imkanlarından istifadə etməsini istəyəcək. Beləliklə, bölgədəki hərbi-siyasi vəziyyətə məhz Pekin görüşündən sonra aydınlıq gələcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05