İranın "ölüm hökmü" oxundu: "Çəkic gücü" ilə dövləti daxildən kimlər parçalayır?
“Həmin qrupların ani reaksiyaları ‘çəkic gücü’ deyilən anlayışa uyğun şəkildə baş verə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O, İranda mümkün vətəndaş müharibəsinin regiona və dünyaya təsirindən danışıb.
Politoloq bildirib ki, bu, real ehtimaldır və ən azından Qərb kəşfiyyatının, həmçinin ABŞ-nin mümkün hücum planlarını təxirə salmasının əsas səbəbi də məhz budur:
“Qərb ümumilikdə çalışır ki, hakimiyyət dəyişsin. Əgər hakimiyyət dəyişməsə və xalq yenə də qan gölündə boğularsa, Qərb etnik qarşıdurmalar ssenarisinə yönələ bilər. Qərb İran daxilində çox ciddi təsir mexanizmlərinə sahibdir. Belə olan halda vətəndaş müharibəsi ehtimalı tamamilə realdır. Çünki lurlar, bəluclar, ərəblər və kürdlər artıq ciddi şəkildə parçalanmış vəziyyətdədirlər. Həmin qrupların ani reaksiyaları “çəkic gücü” deyilən anlayışa uyğun şəkildə baş verə bilər. Bir sözlə, İranın parçalanması ssenarisi daha asan və daha real görünür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












