İranın sabiq prezidentinin xəstəxana geyimi gündəm oldu - FOTO

media-hightechnic-468x90

İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehrandakı xəstəxanaya yerləşdirildikdən sonra bir qrup siyasi və mədəniyyət xadimləri onu ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, ziyarətin ən çox danışılan mövzusu sabiq prezidentin xəstəxana geyimi olub. Xatəminin çəhrayı xəstəxana geyimi sosial şəbəkələrdə maraqla izlənilib.

Müəyyən sosial media istifadəçiləri keçmiş prezidentin görüntülərini “Tehranın ən şirin çəhrayı tərzi” adlandırıblar. Biri isə zarafatla yazıb ki, “İslahatçıların rəng seçimi, nəhayət, tapılıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa