!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın Suriyada hərbi iştirakını artırmasının arxasında Rusiya dayanır” – ŞƏRH 

!Reklam – Yazi

“Mövcud şəraitdə Türkiyənin İranla genişmiqyaslı toqquşmalara yol açacağı inandırıcı deyil”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalında planlaşdırdığı yeni əməliyyat ərəfəsində İranın həmin bölgələrdə hərbi iştirakını genişləndirməsini şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Suriyanın şimalında Türkiyə ilə qarşı-qarşıya gətirilməsində Rusiyanın rolu danılmazdır:

“Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyat keçirərək nəzərdə tutduğu otuz kilometrlik təhlükəsizlik zolağı yaratmaq niyyəti Rusiya, ABŞ və İranı ortaq mövqeyə gətirib. Bu ölkələr Türkiyənin həmin əməliyyatdan imtina etməsi üçün aralarındakı düşmənçiliyi, anlaşılmazlığı kənara qoymağı da gözə alırlar.

Əlbəttə, İranın Türkiyənin əməliyyat keçirəcəyi zonalarda hərbi iştirakını artırması məqsədli xarakter daşıyır. Burada əsas niyyət Türkiyənin keçirəcəyi əməliyyata mane olmaqla yanaşı, regionda ciddi təsir imkanlarına malik iki müsəlman ölkəsini qarşı-qarşıya gətirməkdir.

Hazırda Suriyadakı konfiqurasiyaya baxsaq görərik ki, İranı buna təhrik edən əsas tərəf Rusiyadır. Hətta ola bilsin ki, ABŞ də qeyri-rəsmi kanallarla İranın bu aktivliyinə razılıq vermiş olsun.

Əlbəttə, Suriyada Türkiyə ilə İranın birbaşa hərbi toqquşmaya getməsi arzuedilən deyil. Hər halda, Ankarada və Tehranda bunun nəyə gətirib çıxara biləcəyini təxmin edirlər. O baxımdan, hesab edirəm ki, hər iki ölkə vəziyyətin o həddə çatmasına imkan verməz.

Fikrimcə, Ərdoğan, Putin və Rəisinin iyulun 19-da Tehranda keçiriləcək görüşündə bu məsələ də diqqət mərkəzində olacaq. Böyük ehtimalla, prezidentlər optimal qərar verəcəklər”.

A.Zeynalov

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv