Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranın yaratdığı süni gərginliyin PƏRDƏARXASI: "Buna görə geri çəkildi" - ŞƏRH

Reklam: Sinerji Pro

“İran nəbz yoxlayırdı ki, İran-Azərbaycan qarşıdurmasına dünya necə reaksiya verəcək. Bütün dünya İranın əleyhinə oldu və buna görə də geri çəkildi”.

Bunu İran tərəfinin Qarabağa keçən TIR-ların öncə özəl şirkətlərə aid olduğunu bildirib, dünən isə Qarabağa keçidini qadağan etməsini şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenicag.az-a şərh edərkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, İranın süni təzyiqinin heç bir effekt verməməsi geri addım atmasına gətirib çıxardı:

“İran uzun illərdir ki, Qarabağa qeyri-qanuni səfərlər edirdi. Son vaxtlar Türkiyə-Rusiya danışıqları və Azərbaycanın öz suveren hüququnu Qarabağa yaymasından sonra İran başa düşdü ki, Qarabağ Azərbaycanın yuristiksiyasına keçməkdədir. İran həm beynəlxalq hüququ, həm Azərbaycan qanunlarını tapdalayırdı. Rusiyanın Qarabağla bağlı mövqeyində olan dəyişmələrin İrana təsiri oldu. Eləcə də, İran süni gərginlik yaratdı. Ancaq bu gərginlik onun əleyhinə işlədi.

İranın daxilində olan Azərbaycan türklərinin aktivləşməsi də İranın geri addım atmasına səbəblərdən biri oldu. İranın Azərbaycana qarşı bütün təzyiqlərinin də, Ermənistana dəstəyinin də arxasında duran səbəb cənubi azərbaycanlıları təsir altında saxlamaq idi”.

Səxavət Məmməd

www.yenicag.az

287
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100