İranla müharibənin yeni fazası BAŞLAYIR: "Kövrək sülh hər an pozula bilər"

media-hightechnic-468x90

“ABŞ Tehranın sərt şərtlərini qəbul etməyəcək”

Yenicag.az-a açıqlamasında bu fikirləri politoloq Sahil Kərimli bildirib.

media-16690488994166120626_1200x630-1

Politoloq İranın “Fars” xəbər agentliyi vasitəsilə mediaya sızdırdığı tələblər paketini şərh edib:

“İranın irəli sürdüyü şərtlər olduqca sərtdir və hesab edirəm ki, Vaşinqton bu tələbləri qəbul etməyəcək. Burada ilk növbədə Livanda müharibənin dayandırılması məsələsi İsrailin kəskin etirazı ilə qarşılanacaq. Çünki Təl-Əviv Livanla bağlı məsələni ayrıca danışıqlar yolu ilə həll etməyi planlaşdırır; bu mövzu İsrail üçün hələ bağlanmayıb. Eyni zamanda, müharibələrin dayandırılması müqabilində sanksiyaların dərhal aradan qaldırılması şərti də ABŞ tərəfindən müsbət qarşılanmayacaq”.

Politoloq qeyd edib ki, ABŞ da öz növbəsində qarşı tərəfə ağır şərtlər diktə edir:

“Amerikanın da bu istiqamətdə dəyişməz tələbləri var. Uranın zənginləşdirilməsinin qarşısının alınması və nüvə proqramının tamamilə dayandırılması Ağ Evin əsas “qırmızı xəttidir”. Yalnız bu şərtlər daxilində sanksiyalar yumşaldıla bilər. Dondurulmuş vəsaitlərin aktivləşdirilməsi də sadə proses deyil.

Digər fundamental problem isə dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı ilə bağlıdır. İran boğaz üzərində tam suverenlik tələb edir, lakin unudulmamalıdır ki, son günlər Tramp bu su yolundan istifadənin Amerika üçün də paralel hüquqlar tanımalı olduğunu qətiyyətlə bildirib. Düşünürəm ki, bu ziddiyyətli şərtlər yaxın müddətdə qəbul edilməyəcək. Belə olan halda isə hazırkı kövrək atəşkəs yenidən pozulacaq və İranla bağlı hərbi əməliyyatların növbəti fazasına start veriləcək”.

Qeyd edək ki, Tehranın tələblər paketinə Livanda müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması, müharibə zərərinin kompensasiyası və Hörmüz boğazı üzərində tam suverenlik hüququnun tanınması daxildir.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05