İranla tarixi razılıq əldə olundu

media-hightechnic-468x90

37451İranın diplomatik mənbələrindən əldə olunan məlumata görə İran və 5+1 ölkələri arasında aparılan danışıqlarda razılıq əldə olunub.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın (5+1) apardığı nüvə müzakirələrdə razılığa əldə olunduğu irəli sürülüb.

Çətin gedən danışıqlar müqavilənin imzalanması ilə başa çatıb. Nüvə tədqiqatlarının dayandırılması əvəzində İrana tətbiq olunan sanksiyalar zəiflədiləcək.

Mətbuata açıqlama verən diplomatlardan biri Qərb ilə nüvə müzakirələrində razılıq əldə olunduğunu bildirib. Müqavilənin detalları isə hələ tam olaraq məlum deyil. Bu gün baş tutacaq yekun görüşdən sonra mətbuat konfransı veriləcək.

İran silah ticarəti embarqosunun da zəiflədilməsinə nail olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600