Azərbaycan millisinin daha bir güləşçisi karyerasını bitirib.
Yenicag.az xəbər verir ki, qadın güləşçimiz Maria Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurduqdan sonra bu addımı atıb.
Qeyd edək ki, dördqat olimpiya mükafatçımız M.Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.
***
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə Yenicag.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Paris-2024 çərçivəsində ötən gün iranlı idmançı Amin Mirzəzadə rəqibi Sabah Şəriəti çiyninə qaldıraraq meydanda gəzdirib. Buna jestə səbəb Şəriətinin karyerasını bitirməsi olub.
Xatırladaq ki, S.Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.
www.yenicag.az