İraq parlamenti fəaliyyətini dayandırdı

media-hightechnic-468x90

İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi paytaxt Bağdaddakı Sədr Hərəkatı tərəfdarlarının hücumu səbəbindən qanunverici orqanda iclasların dayandırıldığını açıqlayıb.

media-banner_tkm

Yazılı açıqlamasında Halbusi ölkənin çətin və həssas dövrlərdən keçdiyini, demokratik əsaslara söykənən inkişaf etmiş ölkələrdə siyasi qruplar arasında fikir ayrılığının normal bir hal olduğunu bildirib.

Anlaşmazlıqların, nə olursa-olsun, həll yolunun dialoq olduğunu vurğulayan spiker bütün siyasi partiyaları dövlətin maraqlarını ön planda tutmağa dəvət edib.

O, həmçinin etirazçıları dövlət əmlakının qorunmasına çağırıb.

Qeyd edək ki, İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr hökumət qura bilməyincə siyasətdən uzaqlaşıb. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Şurasına keçib.

İyulun 25-də Şura keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdikdən sonra Sədrin tərəfdarları etirazlara başlayıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05