İraqda həbsdə olmuş 3 azərbaycanlı qadın ölkəyə gətirildi

media-hightechnic-468x90

Azərbaycanın hökuməti tərəfindən aparılan müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraqda məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

“Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb”, – XİN-dən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600