“İRƏLİ” atıcılıq turniri keçirdi-Foto

media-hightechnic-468x90

11265185_1014981881875018_8220973892894972169_n30 may tarixində “İrəli” İctimai Birliyi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, HUNTSMAN Atıcılıq Klubu və Olimpik Tir Klubun dəstəyi ilə 28 May Respublika gününə həsr olunmuş “Gənclər Təşkilatları arasında Atıcılıq Turniri” keçirdi. Turnirin məqsədi Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına dəstək olaraq gənclər arasında idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələnməsini aşılamaq idi. Turnirdə 30-a yaxın gənclər təşkilatlarının rəhbərləri iştirak etdilər. Açılışda MirHəsən Seyidov layihənin mahiyyəti haqda geniş məlumat vermişdir. Eyni zamanda Azərbaycan Atıcılıq Federasiyasının vitse prezidenti Rasim Rzayev iştirak edərək layihə iştirakçılarına uğurlar arzu edib. Qeyd edək ki, Turnir Olimpik Tir Klubda, 30 May 2015-ci il tarixində saat: 12:00-da keçirilib. İlk üç yerin sahibləri mükafatlandırıblar. Birinci yerə YAP gənclər birliyinin sədr müavini Əli Pəhanov, ikinci yerə Azərbaycan İnkişaf Mərkəzinin sədri Heydar Atayev, üçüncü yerə isə Dünya Türk Gənclər Birliyinin nümayəndəsi Eyvaz Daşdəmirov layiq görüldü.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600