“İRƏLİ” İB ağacəkmə aksiyası keçirdi – FOTOLAR
Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “İRƏLİ” İctimai Birliyi, , “İDEA” İctimai Birliyi və Nizami Rayon İcra Hakimiyyət nin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya 12 dekabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə start verilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində baş tutub.
Qeyd edək ki, aksiya Nizami rayonunda baş tutub.
Aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.
“İRƏLİ” İctimai Birliyi ağacəkmə aksiyasında aktiv iştirak edib. “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, millət vəkili Fuad Muradov, Nizami rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov və gənclər öz növbələrində yaxından iştirak edərək ağaclar əkmişlər.