!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

!Reklam – Yazi

Oktyabrın 23-də vəfat edən Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Vera Varaşakovna Aqasyanın qızı onun cəsədinin Ermənistana təhvil verilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edəcəyini açıqlayıb.

Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, qızı anasının psixi problemlərinin olduğunu iddia edib.

O, anasını Ermənistana gəlməyə razı sala bilmədiyini deyib:

“Anam kənddə yaşayırdı. Müharibə vaxtı üç övladımla birlikdə Ermənistana köçdüm. Anamın Ermənistana gəlməsi üçün dəfələrlə onunla danışdım, amma mənə qulaq asmadı. Hətta bir neçə dəfə BQXK-ya dedim ki, onu gətirməyə mənə kömək etsinlər. Lakin bildirdilər ki, özünün razılığı olmadan belə bir şey mümkün deyil. Son 6 ayda onunla danışmamışdım. Bir neçə gün əvvəl isə ölüm xəbərini aldım”,

V.V.Aqasyanın qızı anasının cəsədinin Ermənistana gətirilməsi üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

COP29

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv