!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvana xarici havadarlarının DİQTƏSİ: “Ermənistanın gələcəyi sülh müqaviləsindən asılıdır”

!Reklam – Yazi

“Sülh daim beynəlxalq layihələrin tərkibi olan Azərbaycandan çox Ermənistana lazımdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh danışıqları fonunda yaxın tarix üçün müqavilənin imzalanması perspektivlərindən danışan politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, mediada yayılan xəbərlərin doğruluq payının nə qədər olduğunu daha dəqiq yalnız həmin ölkələrin XİN və ali rəhbərliyi bilir.

“Ümumilikdə yanaşdıqda danışıqların qapalı və ictimaiyyətə açıq məqamları olur. Qapalı məqamları isə rəhbərlikdən başqa heç kəs bilmir.

İctimaiyyətə açıq məqamları nəzərdən keçirsək bəli, sülhə hər zamankindən daha yaxınıq. Reallığa gəldikdə isə bəzi amillər nəzərə alınmalıdır. İlk olaraq qeyd etmək lazımdır ki, Bakı sülhün əldə olunması üçün lazımi güzəştlərə gedib. Bunu yalnız ermənilər yox, bütün dünya görür. Azərbaycan sülhyönümlü addımları ilə beynəlxalq miqyasda özünün etibarlı tərəfdaş olduğunu sübut edir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistan addımlarını xarici havadarların diqtəsi ilə atır.

“İrəvan öz qərarlarını özü verə bilsə müqavilə çoxdan bağlanardı. Fransa və erməni lobbisinin ABŞ-ə təzyiqi ilə Cənubi Qafqazda sabitliyin olmaması üçün Ermənistanı sazişə imza atmağa qoymurlar. İndi Ermənistan rəhbərliyi siyasi iradə ortaya qoymalıdır. Çünki gələcəkləri bu sülh müqaviləsindən asılıdır.
İrəvan regionda bütün beynəlxalq layihələrdən kənar qalıb. Sülhün əldə olunması üçün papaqlarını qarşısına qoyub düşünməlidirlər. Ona görə ki, sülh daim beynəlxalq layihələrin tərkibi olan Azərbaycandan çox Ermənistana lazımdır. Xarici amillərindən rolundan asılı olmayaraq, yeni ilə qədər müqavilənin imzalanacağına ümid edirik”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv