İrəvanda etiraz aksiyası keçirildi

media-hightechnic-468x90

armeniaprotestErmənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.

Yenicag.az “AzVision.az”-a istinadən xəbər verir ki, Azadlıq meydanında toplaşan etirazçılar müxalifyönlü “Sasna tsrer” üzvlərinə dəstək nümayiş etdiriblər.

Məlumata görə, aksiya iştirakçıları paytaxtın mərkəzi küçəsindən keçməklə məhkumların müalicə aldığı hospitala doğru yürüş ediblər.

Qeyd edək ki, bu il iyulun 17-də “Sasna tsrer” qrupu İrəvanda post-patrul xidmətinin binasını tutaraq həbsdə olan lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını və hakimiyyətin istefasını tələb edib. Qrupun hərəkəti əhali tərəfindən dəstəklənib və çoxminlik nümayişlər keçirilib.

Bina iyulun 31-də azad edilib, qrupun 31 üzvü həbs edilib. Atışma zamanı üç polis əməkdaşı ölüb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600