İrəvandakı aksiyada 86 nəfər saxlanıldı: 50-dən çox yaralı var

media-hightechnic-468x90

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır”, – idarədən bildirilib.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

“Xəsarətlər əsasən yüngül və orta ağırdır”, – nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05