İrəvandakı partlayışda itkin düşənlərin sayı 20-ni ötdü - İran vətəndaşlarının adları açıqlandı 

media-hightechnic-468x90

İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayış nəticəsində axtarışda olan vətəndaşların sayı 21-ə çatıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İran vətəndaşları olan Mehri Tahrer, Nader, Mariam Fəthi, Monire, 2016-cı il təvəllüdlü Vania Fəthi, 2002-ci il təvəllüdlü Edris Fəthi, 1972-ci il təvəllüdlü Kiomars Fəthi, 2016-cı il təvəllüdlü Vanyan Saki, 2002-ci il təvəllüdlü Edras Saki, 1972-ci il təvəllüdlü Kiuma Saki də axtarışa verilib.

Xatırladaq ki, avqustun 14-də saat 13:23 radələrində “Surmalı” ticarət mərkəzində partlayış baş verib. Hazırda qurbanların sayı 7-dir, 12 zərərçəkənin müxtəlif xəstəxanalarda müalicəsi davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600