İrəvandan gələn təklifə Bakıdan GÖZLƏNİLMƏZ CAVAB – Separatçıların aqibəti NECƏ OLACAQ?

media-hightechnic-468x90

“Erməni cinayətkarlarının bağışlanılması nə gündəmdə, nə də mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-whatsapp-gorsel-2025-09-04-saat-14-09-32_e36301f9

Analitik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi çərçivəsində Ermənistan rəsmilərinin Azərbaycanda həbsdə olan erməni cinayətkarlarının azadlığını istəməsinin gələcəkdə mümkün olub olmadığını şərh edib.

Onun sözlərinə görə, hər şeydən öncə qeyd edək ki, Ermənistan və Azərbaycan rəsmiləri arasında birbaşa təmasların olması çoxdan təəccüblü məsələ deyil:

“İstənilən vasitəçi olmadan görüşdə təkid nümayiş etdirdiksə, eləcə də sülh müqaviləsinin imzalanması qapının kandarında bizi gözləyirsə, bu, normaldır. Əbu-Dabi də başlayan, Vaşinqtonda davam etdirilən görüşdə də müsbət fikir alış-verişlərinin, təmasların şahidi olduq. Ermənistanın xahişi məsələsinə gəldikdə isə müharibə bitdikdən sonra ilk dəfə deyil ki, qarşı tərəf bizdən nə isə xahiş edir. İctimaiyyətə açıqlanmayan başqa xahişlərin də olduğunu istisna etmirəm. Çünki Paşinyan hakimiyyəti burada imicinin tamamilə yerlə bir olmamasına da çalışır ki, daxildə mövcud ona təzyiqin artmaması da daxil olmaqla, cəmiyyət olaraq daha aşağı vəziyyətə düşməsinlər. Ermənistan din amilindən hələ işğal dövründən əvvəl, əsrlər boyu istifadə edib. Özünü xristianlığın Cənubi Qafqazda keşikçisi kimi göstərmək cəhdləri, guya məruz qaldıqları “soyqırımlara”, törətdikləri cinayətlərə din donu geyindirmələri də bildiyimiz məsələdir”.

Ş. Həsənova qeyd edib ki, Nikol Paşinyan qarşıda onu gözləyən seçkilərə qədər ölkə əhalisi arasında xal yığmağa çalışır:

“Onu da bilirik ki, qarşıdan seçkilər gəlir, Nikol Paşinyan və komandasına xalqın gözündə xal qazanmaq lazımdır. Bu baxımdan, bundan sonra da predmeti cinayətkarlar olmayan başqa xahişlərin olacağını da istisna etmirəm. Donald Tramp kimi super gücün rəhbəri Azərbaycandan nəyisə xahiş etmədən öncə bununla bağlı mövqeyimizi öncədən dəqiqləşdirməmiş deyil. Bu baxımdan, sadə dildə desək, ermənilər bu məsələ ilə bağlı yola veriliblər”.

“Azərbaycanın yanaşmasına gəldikdə isə kifayət qədər sayıq yanaşma nümayiş etdiririk. Azərbaycanlılara, insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilinənlərin bağışlanması məsələsi mümkün olmadığı qədər gündəmdə belə deyil. Üstəlik Hikmət Hacıyevin bu məsələnin sülhə zərbə vuracağını dəqiqliklə bildirməsi dövlətimizin qətiyyəti, xalqımızın heysiyyatı deməkdir. Azərbaycanın yanaşması yerindədir”, – deyə o, fikirlərini yekunlaşıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa