İrəvandan qalxan təyyarə təcili eniş etdi

media-hightechnic-468x90

İrəvandan Kişinyova uçan təyyarə göyərtəsində nasazlıq yarandıqdan sonra təcili eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə hava gəmisi havaya qalxdıqdan az sonra baş verib. Ekipaj yanacağı tükətmək üçün Ermənistan ərazisini təxminən iki saat dövrə vurmaq və sonra təyyarəni təhlükəsiz yerə endirmək qərarına gəlib.

Sərnişinlərdən bir neçəsi güclü stress səbəbindən tibbi yardıma ehtiyac duyub. 150-dən çox insan hələ də bundan sonra nə edəcəyi ilə bağlı məlumat gözləyir.

FlyOne hadisəni təsdiqləyib və bildirib ki, kiçik nasazlıq aşkar edilib və eniş standart təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilib: “Texniki qrup əlavə yoxlamalar aparır. Yoxlamalar başa çatdıqdan sonra təyyarə uçuşunu davam etdirəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600