!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanı kim qızışdırır? – “Ermənistan aqressivlik nümayiş etdirir”

!Reklam – Yazi

“Gah Naxçıvan, gah da Kəlbəcər istiqamətdə genişmiqyaslı sərhəd təxribatları ilə atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın yeni eskalasiya yaratmaq niyyətini ortaya çıxarır”.

Bunu Yenicag.az-a açıqlamasında ermənilərin sərhəd təxribatların nə ilə nəticələnəcəyindən danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Hindistan, Fransa və ABŞ-dən əldə etdiyi silahlar fonunda son aylar Ermənistan sərhəddə Azərbaycana qarşı aqressivlik nümayiş etdirir.

“Fransanın regionda yeni münaqişə ocağı yaratmaqla bağlı verdiyi göstərişlər milli maraqlarına zidd olsa da, Ermənistan tərəfindən həyata keçirilir. Gah Naxçıvan, gah da Kəlbəcər istiqamətdə genişmiqyaslı sərhəd təxribatları ilə atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın yeni eskalasiya yaratmaq niyyətini ortaya çıxarır. Azərbaycan həmin təxribatların qarşısını almaq və İrəvanın dörd il öncə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün sülhə məcburetmə əməliyyatlarına başlaması ehtimalı kifayət qədər yüksəkdir”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv