!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın növbəti gərginlik CƏHDİ: “Bu, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçündür”

!Reklam – Yazi

“Ermənistan tərəfi bu addımları ataraq gərginlik yaratmaq və Azərbayanın imicinə zərbə vurmaq niyyətindədir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistan tərəfinin atəşkəsi pozma hallarını şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, atəşkəsin pozulması Ermənistan hakimiyyətinin oyunudur.

“Son zamanlar sülh müqaviləsinin vaxtının uzadılması, ABŞ-nin Ermənistanda hərbi təlimlər keçməsi, Ermənistanın silahlanması aktivliyi artırıb. Güman etmirəm ki, bunu Ermənistanda hansısa müxalif, revanşist qüvvələr törədir. Bunu sülh müqaviləsinin pozulmasını istəyən və Ermənistan hakimiyyəti törədir”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsin pozulma halları olur.
“Putinin Azərbayana səfərinə görə də, bu gərginliyi yarada bilər. COP29 tədbirlərindən əvvəl belə hadisələrin baş verməsi xoşagələn deyil. Azərbayan rəsmi olaraq Ermənistanı dəvət edib. Ermənistan tərəfi yenə də atəşkəsi pozmaqdadır. Ermənistan tərəfi bu addımları ataraq gərginlik yaratmaq və Azərbayanın imicinə zərbə vurmaq niyyətindədir. Baş verənlər sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçündür”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv