!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrlandiyalı politoloq: "Baş vermiş faciə Ukraynadakı müharibənin növbəti faciəvi epizodudur"

!Reklam – Yazi

“İlk növbədə, dekabrın 25-də Aktauda baş vermiş faciəvi hadisənin qurbanlarına başsağlığı vermək istəyirəm. Demək lazımdır ki, təyyarənin ekipajı öz canlarını qurban verib, bu qədər sərnişinin həyatını xilas edərək qəhrəmanlıq göstərib. Onların fədakar cəsarəti dünyanı heyran etdi, sizi inandırıram”.

Bunu dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin xarici təsir nəticəsində qəzaya uğraması ilə bağlı fikirlərini bölüşən irlandiyalı tarixçi və politoloq Patrik VolşNovayaepoxa.com“a açıqlamasında deyib.

“Dəlillərin təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən ya birbaşa vurulması, ya da Ukrayna pilotsuz təyyarəsinin məhv edilməsi nəticəsində zədələndiyinə işarə etdiyini vurğulayan Volş sözlərini belə davam etdirib:

“Sağ qalanların dediklərinə görə, təyyarə Qroznı hava limanına enmək üçün ən azı iki uğursuz cəhd edib. Duman olub, bu da görmə qabiliyyətinin pisləşməsinə və ərazidə Ukrayna pilotsuz təyyarələrinin fəaliyyətinə səbəb olub, hava hərəkətinə nəzarət üçün çətin vəziyyət yaradıb. Təyyarə yenidən yüksəlməyə başlayanda ekipajın əvvəlcə quş sürüsü olduğuna inandığı şey onu vurub. Bu, səs yazısında var, bu barədə hava nəqliyyatına nəzarətə məlumat verilib. Ancaq görünür, bu, “Pantsir” hava hücumundan müdafiə sisteminin qəlpəsi və ya vurulan pilotsuz təyyarənin parçaları olub”.

İralndiyalı politoloq bildirib ki, baş vermiş hadisə Rusiyanın Ukraynada davam etdirdiyi müharibənin növbəti faciəvi epizodudur.

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv