“İrşad Elektroniks”ə qarşı cərimə iddiası: Məsələ nə ilə bağlıdır?
“İrşad Elektroniks” mağazalar şəbəkəsi ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Yenicag.az xəbər verir ki, sözügedən mağazalar şəbəkəsi İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“İrşad Elektroniks”lə bağlı işə 8 oktyabr tarixində Nəsimi rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “İrşad Elektroniks”in İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az