Uzun müddət sonra görüşdülər
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddət sonra görüşüblər.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, onların görüşü Qlobal Atom Forumu çərçivəsində Moskvada baş tutub.
Qeyd edək ki, Paşinyanla Lukaşenko arasında münasibətlər kifayət qədər gərgindir və bunu Ermənistan baş nazirinin Belarusda müəyyən tədbirlərə heç bir rəsmi nümayəndə heyəti göndərməməsi də sübut edir./unikal